​O.Mövsümov: "Xarici banklar "LUKoil" və "Şahdəniz" layihəsini dəstəkləyir"

​O.Mövsümov: "Xarici banklar "LUKoil" və "Şahdəniz" layihəsini dəstəkləyir" Maliyyələşdirmədə ING, "Bank of China", "Unicredit" və "Societe Generale" kimi kommersiya bankları da iştirak edir
Maliyyə
7 Avqust , 2015 11:10
​O.Mövsümov: Xarici banklar LUKoil və Şahdəniz layihəsini dəstəkləyir

Bakı. 7 avqust. REPORT.AZ/ "Bugünkü mərasim "LUKoil" və "Şahdəniz" layihəsi üçün olduqca böyük bir tədbirdir. Dünyanın aparıcı bankları, əsasən də Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Qara dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) ilə müqavilə imzaladıq". "Report"un xəbərinə görə, bunu "LUKoil Overseas" SC-nin Layihə və struktur maliyyələşdirmə Departamentinin rəhbəri Oqtay Mövsümov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müqavilə şirkətə 1 mlrd. dollarlıq kreditin ayrılmasını nəzərdə tutur.

"Bu, o deməkdir ki, banklar təkcə "LUKoil"u deyil, həmçinin "Şahdəniz" layihəsini dəstəkləyir. Kreditin müddəti 12 il təşkil edir. Kredit ümumilikdə həm "LUKoil" şirkəti, həm də "Şahdəniz" layihəsi üçün olduqca yaxşı şərtlərlə verilib", - deyə O.Mövsümov əlavə edib.

O.Mövsümovun sözlərinə görə, qeyd edilən banklardan başqa, maliyyələşdirmədə kommersiya bankları da iştirak edir. Hollandiyanın ING, Çinin "Bank of China", İtaliyanın "Unicredit", Fransanın "Societe Generale" bankları da kreditdə iştirak edir: "Bu layihənin hazırlanmasında bizimlə işləyən SOCAR-a, "Şahdəniz"in operatoru olan BP şirkətinə də təşəkkürümüzü bildiririk. Fikrimcə, bu o deməkdir ki, beynəlxalq banklar təkcə "Şahdəniz" layihəsi deyil, eyni zamanda Azərbaycanda olan bugünkü mühiti dəstəkləyir".

Son xəbərlər

Orphus sistemi