Nyu-Yorkda ABŞ-Azərbaycan bank-maliyyə forumu keçiriləcək

Nyu-Yorkda ABŞ-Azərbaycan bank-maliyyə forumu keçiriləcək Tədbir Amerika-Azərbaycan Ticarət Palatası tərəfindən təşkil olunur
Maliyyə
7 May , 2015 11:01
Nyu-Yorkda ABŞ-Azərbaycan bank-maliyyə forumu keçiriləcək

Bakı. 7 may. REPORT.AZ/ May ayının 26-da Nyu-Yorkun "Harvard Club"unda I ABŞ-Azərbayacan bank və maliyyə forumu keçiriləcək.

"Report"un verdyi xəbərə görə, 3 sessiyalı forum ikitərəfli görüş və qəbullarla müşayiət olunacaq. Forumun əsas məqsədi Amerika maliyyə institutları və digər şirkətləri Azərbaycanın maliyyə sahəsindəki investisiya imkanları ilə tanış etməkdir. Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi tədbirin digər mühüm məqsədi də Azərbaycan banklarının ABŞ-da investisiya imkanlarının müəyyənləşdirilməsidir.

"Biz ABŞ və Azərbaycan bankları arasında əməkdaşlığı yeni səviyyədə görmək istəyirik", - deyən "PAŞA Bank"ın İdarə Heyətinin sədri Fərid Axundov bildirib ki, bu yalnız ABŞ-Azərbaycan arasında deyil, bütün regionda iqtisadi münasibətlərin genişləndirilməsinə kömək edəcək.

Son xəbərlər

Orphus sistemi