Noyabrın 1-dən Azərbaycanda icbari avtosığorta şəhadətnamələri yalnız onlayn satılacaq

Noyabrın 1-dən Azərbaycanda icbari avtosığorta şəhadətnamələri yalnız onlayn satılacaq İcbari Sığorta Bürosu Azərbaycandakı sığorta şirkətlərinə müraciət edib
Maliyyə
13 Oktyabr , 2016 11:02
Noyabrın 1-dən Azərbaycanda icbari avtosığorta şəhadətnamələri yalnız onlayn satılacaq

Bakı. 13 oktyabr. REPORT.AZ/ İcbari Sığorta Bürosu (İSB) Azərbaycanın sığorta şirkətlərinə müraciət edib. "Report"un əldə etdiyi məlumata görə, müraciət İSB-nin icraçı direktoru Elxan Quliyevin adından edilib.

Müraciətdə bildirilir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının razılığı ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə standart və sərhəd sığorta müqavilələrinin elektron sənəd formasında bağlanılmasına keçid tarixi 1 noyabr 2016-cı il müəyyən olunub. 

"Bu tarixə qədər sığorta şirkətləri daxili proqram təminatlarını Büronun elektron informasiya sisteminə tam uyğunlaşdırmalı, “Sığorta fəaliyyəti haqqında” qanunun 17.1-ci maddəsində nəzərdə tutulmuş qaydada sığortalılar üçün elektron sığorta müqaviləsinə çıxış imkanı yaratmalı və Büronun elektron informasiya sisteminə qoşulmanı VPN xətti üzərindən həyata keçirməlidirlər", - deyə müraciətdə qeyd olunub.

Bununla əlaqədar, AVSMMİS üzrə şəhadətnamə blanklarının İSB tərəfindən mətbəədə çap edilməsi məqsədilə şirkətlər tərəfindən müvafiq icbari sığorta növü üzrə şəhadətnamə blanklarına olan ehtiyacın miqdarı barədə Büronun maliyyə, investisiya və uçot şöbəsinə bildirmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi