Norveç hökuməti Neft Fondunun aktivlərindən ilk dəfə vəsait götürüb

Norveç hökuməti Neft Fondunun aktivlərindən ilk dəfə vəsait götürüb 826 milyard dollar vəsaitin toplandığı Neft Fondundan alınan 780 milyon dollar sosial xərclərin qarşılanmasına yönəldilib
Maliyyə
4 Mart , 2016 02:20
Norveç hökuməti Neft Fondunun aktivlərindən ilk dəfə vəsait götürüb

Bakı. 4 mart. REPORT.AZ/ Norveç hökuməti 20 il əvvəl yaradılan Neft Fondunun aktivlərindən ilk dəfə vəsait götürüb.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, neft gəlirlərindən əldə olunan 826 milyard dollar vəsaitin toplandığı Norveçin Neft Fondundan alınan 780 milyon dollar sosial xərclərin qarşılanmasına yönəldilib.

Qeyd edək ki, Norveç Neft Fondunun iki məqsədi var: Neftdən gələn gəlirin düzgün xərclənməsini təmin etmək və Norveç əhalisinin qocalmasıyla bağlı ortaya çıxan xərclərin öhdəsindən gəlmək üçün vəsait toplamaq.

Norveç dünyada yeddinci ən böyük neft istehsalçısıdır.

Son xəbərlər

Orphus sistemi