Bakı. 9 noyabr. REPORT.AZ/ "2015-ci ilin martında dollar 200 rubl olacaq" "Report" xəbər verir ki, bunu “Finam Menecment İnvestisiya” şirkətinin icraçı direktoru Nikolay Solabuto "Dojd" kanalına verdiyi video-müsahibədə deyib.
Onun sözlərinə görə, rublun dəyərdən düşməsinin əsas səbəbi Qərbin Rusiyaya qarşı sanksiyaları və neftin qiymətinin ucuzlaşmasıdır:
“Ən çətin dövrümüzü yeni ilə qədər yaşayacağıq. Yeni ildən sonra iqtisadiyyat özünü bərpa edəcək. Bu ilin dekabrına kimi 1 dollar 50 rubla dəyişdiriləcək. 2015-ci ilin ilk rübündən isə Amerika valyutasının dəyəri artacaq”.
Xatırladaq ki, hazırda 1 dollar 4,84 rubla dəyişdirilir.