"Nikoil Bank" SKMF xətti ilə kredit təklif edir

"Nikoil Bank" SKMF xətti ilə kredit təklif edir Bu barədə bankın açıqlamasında bildirilir
Maliyyə
30 Avqust , 2016 09:47
Nikoil Bank SKMF xətti ilə kredit təklif edir

Bakı. 30 avqust. REPORT.AZ/ "Nikoil Bank" ASC artıq 12 ildir ki, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) ilə fəal əməkdaşlıq edir. "Report"un məlumatına görə, bu barədə Bankın açıqlamasında bildirilir.

Məlumatda qeyd olunur ki, SKMF-nin xətti ilə güzəştli kreditlərin əsas alıcıları ölkənin müxtəlif bölgələrindəki kiçik və orta biznes subyektləridir. Bu kreditlər Azərbaycanda istehsalın və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafına təsir edən əsas motivasiya amillərindəndir. Bu müddət ərzində "Nikoil Bank" ümumi məbləği 36 mln. manat olan 1 592 kredit verib.

Bu gün də Bank bazarın kiçik və orta biznes seqmentinin iştirakçıları olan çörək və un məmulatlarının bişirilməsi və digər ərzaq və məhsullarının istehsalı ilə məşğul olan sahibkarlar, eləcə də heyvandarlıq, arıçılıq, balıqçılıq, əkinçiliklə məşğul olan fermerlər üçün sərfəli kredit şərtləri təklif edir. Kreditin məbləği 5 000-10 000 000 manat, müddəti məbləğdən asılı olaraq 10 ilə qədər, illik faiz dərəcəsi 6%-dir. Kredit müddətinin yarısına qədər güzəşt dövrü ilə verilir.

Daha ətraflı məlumat üçün (012) 981 qısa nömrəsinə zəng edərək "Nikoil Bank"ın Məlumat Mərkəzi ilə əlaqə saxlamaq və ya SKMF-nin rəsmi veb-səhifəsinə (www.anfes.gov.az) daxil olmaq lazımdır. Həmçinin, SKMF-nin müxtəlif bölgələrində keçirdiyi kredit yarmarkalarında iştirak etməklə daha geniş məlumat əldə etmək mümkündür. "Nikoil Bank" bütün yarmarkaların fəal iştirakçısıdır.

Bu gün "Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı Bankın korporativ www.nikoil.az səhifəsində və ya sosial şəbəkədə (www.facebook.com/bank.nikoil) əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi