​"Nikoil Bank" plastik kartların sahiblərinə əlavə gəlir qazandıracaq

​"Nikoil Bank" plastik kartların sahiblərinə əlavə gəlir qazandıracaq Plastik kartlarının sahibləri kart qalığına illik 8% həcmində gəlir və əlavə üstünlüklər qazanacaqlar
Maliyyə
6 İyun , 2016 16:32
​Nikoil Bank plastik kartların sahiblərinə əlavə gəlir qazandıracaq

Bakı. 6 iyun. REPORT.AZ/ "Nikoil Bank" ASC premium sinfinə aid plastik kartlar üzrə tarifləri azaldıb. Bu barədə "Report"a Bankdan məlumat verilib.

"Visa Gold", "Master Card Gold" və "Visa Platinum" plastik kartlarının hər bir yeni sahibi müasir və nüfuzlu ödəmə vasitəsinə malik olmaqla yanaşı, həm də kart qalığına illik 8% həcmində gəlir və bir sıra əlavə üstünlüklər əldə edəcəklər. Əlverişli faiz şərtlərindən başqa, bu nüfuzlu kartlar növünün bütün yeni sahiblərinə pulsuz xidmətlər və əlavə imtiyazlar veriləcək, bunların içində "SMS-notification" və "Mobile Banking" xidmətləri də var.

Qeyd edək ki, "VisaGold", "MasterCard Gold" və "Visa Platinum" kartlarının sahibləri "Visa" və "MasterCard" rəsmi nümayəndələri tərəfindən təşkil edilmiş bütün aksiyalarda və lotereyalarda avtomatik olaraq iştirak etmək imkanı qazanırlar. 

Aksiya cari ilin sentyabr ayının sonunadək davam edəcək.

Son xəbərlər

Orphus sistemi