"Nikoil Bank" müştərisinə 15 min dollar hədiyyə edib

"Nikoil Bank" müştərisinə 15 min dollar hədiyyə edib Son aksiya çərçivəsində Bank 60 mln. manatdan artıq əmanət cəlb edib
Maliyyə
3 Fevral , 2016 17:35
Nikoil Bank müştərisinə 15 min dollar hədiyyə edib

Bakı. 3 fevral. REPORT.AZ/ Bu gün "Nikoil Bank" ASC-nin baş ofisində "Nikoil 2016" ənənəvi Yeni İl əmanət aksiyasının başa çatması ilə əlaqədər aksiyada qalib olan əmanətçilərin mükafatlandırma mərasimi keçirilib.

Bankdan "Report"a verilən məlumata görə, lotereyada 20 ədəd "Samsung" smartfonu və 1 ədəd 15 min ABŞ dolları məbləğində pul mükafatı oynanılıb. Bankın 21 müştərisi bu hədiyyələrin sahibləri olublar.

Qeyd edək ki, aksiya 2015-ci il noyabrın 23-dən bu il yanvarın 25-dək davam edib.

Lotereyanın şərtlərinə əsasən, hər 1000-5000 AZN/USD/EUR məbləğində əmanət yerləşdirənə 1 şans, növbəti hər bir 5 000 AZN/USD/EUR yerləşdirənə isə əlavə 1 şans verilib. Belə ki, bir əmanətçi maksimum 10 şans əldə edə və yalnız 1 hədiyyə qazana bilərdi. Uduşda eyni zamanda hazırda aktiv olan bütün əmanətlər də iştirak edib.

Bu günədək aksiya çərçivəsində 60 mln. manatdan artıq əmanət cəlb edilib. Hazırda "Nikoil Bank"ın ümumi depozit portfeli 321 mln. manat təşkil edir.

Qeyd edək ki, "Nikoil Bank" əhaliyə milli və xarici valyutada hesablaşmalar, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edir. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşən 21 satış məntəqəsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi