​"Nikoil Bank" iş rejimini yeniləyib

​"Nikoil Bank" iş rejimini yeniləyib Bankın baş ofisi və bir mərkəzi filialı gücləndirilmiş rejimdə işləyəcək
Maliyyə
13 İyun , 2016 17:15
​Nikoil Bank iş rejimini yeniləyib

Bakı. 13 iyun. REPORT.AZ/ İyunun 17-19-da Bakı şəhərində keçiriləcək “Formula-1” Avropa Qran-Prisi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatasının tövsiyəsi ilə "Nikoil Bank" ASC-nin Puşkin küçəsi,30 ünvanında yerləşən baş ofisi və Ü.Hacıbəyli küçəsi, 27 ünvanında yerləşən 13 saylı filialı yeni iş rejimində fəaliyyət göstərəcək. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, iyunun 21-i dədaxil olmaqla həmin tarixlərdə "Nikoil Bank"ın satış nöqtələri səhər saat 09:00-dan axşam saat 21:00-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Yenilənmiş iş rejiminə əsasən, müştərilərə kassa-hesablaşma və əməliyyat xidmətləri göstəriləcək.

Bu gün "Nikoil Bank"ın filial şəbəkəsi Bakı, eləcə də bölgələrdə yerləşən 21 satış məntəqəsindən ibarətdir. 

Son xəbərlər

Orphus sistemi