"Nikoil Bank"ın Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

"Nikoil Bank"ın Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib İsgəndər Xəlilov Müşahidə Şurasının sədri seçilib
Maliyyə
15 Sentyabr , 2016 18:15
Nikoil Bankın Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Nikoil Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında Müşahidə Şurasının üzvlərinin sayının 7 nəfərdən 5 nəfərədək azaldılması qərara alınıb.

Bankdan "Report"a bildirilib ki, Şuranın tərkibinin aşağıdakı heyətdə təsdiq olunub:

Müşahidə Şurasının sədri - İsgəndər Ağasəlim oğlu Xəlilov;

Müşahidə Şurasının üzvləri:

- Marina Valeryevna Kulişova;

- Aleksey Valeryeviç Sazanov;

- Pavel Aleksandroviç Suxoruçkin;

- Roman Vitalyeviç Novikov.

Xatırladaq ki, yığıncağın gedişində Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərara alınıb. "Nikoil Bank" səhmdarlarının bu qərarından sonra Bankın nizamnamə kapitalı 94,5 mln. manat təşkil edəcək.

Qeyd edək ki, "Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ veb-saytdan (www.nikoil.az) və ya (012) 981 qısa nömrəsindən əldə etmək mümkündür. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı isə www.facebook.com/bank.nikoil-dır.

Son xəbərlər

Orphus sistemi