​"Nikoil Bank"ın kollektivi Azərbaycan bayrağını daha 2 zirvəyə qaldırıb

​"Nikoil Bank"ın kollektivi Azərbaycan bayrağını daha 2 zirvəyə qaldırıb Bankın alpinistlərdən ibarət yığma komandası Gürcüstanda növbəti təlim-məşq toplantısı keçirib
Maliyyə
19 İyul , 2016 10:41
​Nikoil Bankın kollektivi Azərbaycan bayrağını daha 2 zirvəyə qaldırıb

Bakı. 19 iyul. REPORT.AZ/ İyulun 16-17-də "Nikoil Bank" ASC-nin alpinistlərdən ibarət yığma komandası Gürcüstanda növbəti təlim-məşq toplantısı keçirib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, tədbirdə "Nikoil Bank"ın baş ofisinin və 21 filialının təmsilçi iştirak edib. Sonra Bankın İdarə Heyətinin sədri Vasili Viktoroviç Xamaza başda olmaqla 34 nəfərdən ibarət yığma komanda qonşu ölkənin Muxadze (3200 m.) və Tikanadze (3400 m.) zirvələrini fəth edib.

Ənənəyə uyğun olaraq hər iki zirvəyə Azərbaycan Respublikasının və "Nikoil Bank"ın bayraqları qaldırılıb. Mürəkkəblik dərəcəsinə görə Muxadze zirvəsi 1A kateqoriyasına, Tikanadze zirvəsi isə 2A kateqoriyasına aiddir.

"Nikoil Bank"ın açıqlamasında bildirilir ki, Bankın alpinistlərdən ibarət yığma komandasının qarşısında Azərbaycan, Gürcüstan, Rusiya və İranda artıq heç bir fəth edilməz zirvə qalmayıb. Bankın alpinist yığması üzvlərinin sayı hər il artmaqdadır. "Nikoil Bank"ın futbol, fitnes və yaxtinq kimi idman növlərinə aid komandalarının mövcudluğu, bank rəhbərliyinin kollektivdə milli ruhun artırılması və sağlam həyatın təbliğatı istiqamətində böyük işlər gördüyünün nəticəsidir.

Xatırladaq ki, bu gün "Nikoil Bank" əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. NIKOIL Bank-ın bütün bank məhsulları, aksiyaları və xüsusi təklifləri haqqında məlumatı www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsinə zəng edərək almaq mümkündür.

Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

Son xəbərlər

Orphus sistemi