"Nikoil Bank"da müddətli əmanətlərin həcmi bu il 35% artıb

"Nikoil Bank"da müddətli əmanətlərin həcmi bu il 35% artıb Bank: Müştərilər "Sabit" əmanət məhsuluna üstünlük verir
Maliyyə
19 Noyabr , 2015 13:19
Nikoil Bankda müddətli əmanətlərin həcmi bu il 35% artıb

Bakı. 19 noyabr. REPORT.AZ/ Bu ilin üçüncü rübünün sonuna "Nikoil Bank" ASC-də fiziki şəxslərin müddətli əmanətlərinin həcmi əvvəlki ilin analoji dövrü ilə müqayisədə 34,85% artaraq 210,609 mln. manat təşkil edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, əhalinin müddətli əmanətlərinin həcmi ilin əvvəlinə nisbətən 27,8% və ya 45,833 mln. manat artıb.

Hesabata əsasən, müştərilər “Sabit” əmanət məhsuluna daha çox üstünlük verir və bu məhsul üzrə yerləşdirilmiş əmanətlərin sayı 3 949, məbləği isə 75,485 mln. manata çatıb: "Bu əmanət növünün əsas üstünlüyü ondan ibarətdir ki, əmanət üzrə faiz dərəcəsini azaltmadan hesaba əlavələr etmək mümkündür". 

İlin əvvəlində təqdim olunmuş “Vergisiz əmanət” məhsulu üzrə 27,324 mln. manat məbləğində 683 əmanət yerləşdirilib. Qeyd edək ki, “Vergisiz əmanət” üzrə bütün vergilərin ödənişini "Nikoil Bank" öz üzərinə götürür. 

Qeyd edək ki, Bankın filial şəbəkəsi Bakı, eləcə də bölgələrdə yerləşən 21 satış məntəqəsindən ibarətdir.

Son xəbərlər

Orphus sistemi