​Neft hasilatçısı ölkələrinin sammiti təxirə salınıb

​Neft hasilatçısı ölkələrinin sammiti təxirə salınıb "Report": Neftin qiyməti 35 dollar/barelə qədər enəcək
Maliyyə
14 Mart , 2016 16:19
​Neft hasilatçısı ölkələrinin sammiti təxirə salınıb

Bakı. 14 mart. REPORT.AZ/ Əsas neft hasilatçısı olan ölkələrin mart ayına planlaşdırılan görüşü təxirə salınıb. "Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu toplantı aprel ayında baş tuta bilər.

"Bloomberg" agentliyinin bildirdiyinə görə isə görüşün Moskvada və ya Dohada keçirilməsi planlaşdırılır. İran artıq görüşə qatılmaqdan imtina edib. Qeyd edək ki, İran tərəfi gündəlik neft hasilatını 4 mln. barelə çatdırdıqdan sonra masa arxasına otura biləcəyini bildirib. 

Neft ixracatçılarının sammitinin təxirə salınması neftin qiymətini aşağı salıb. "Brent" markalı neftin qiyməti 2,4% azalaraq 39,4 dollar/barelə düşüb. 

Xatırladaq ki, neftin qiyməti martın 8-də son 3 ayın maksimal həddi - 41,48 dollar/barelə çatdıqdan sonra geriləməyə başlayıb. Artıq qiymət bu maksimal həddən 5% aşağı düşüb.

"Report"un analitik qrupu neft qiymətlərinin 35 dollar/barelə qədər enəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi