ARDNF banklara 3 mln. dollar satıb

ARDNF banklara 3 mln. dollar satıb Banklar hərraca çıxarılan vəsaitin 6%-ni alıb
Maliyyə
21 Aprel , 2016 11:19
ARDNF banklara 3 mln. dollar satıb

Bakı. 21 aprel. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankının təşkil etdiyi müntəzəm valyuta hərracına Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.

"Report" Fonda istinadən xəbər verir ki, bu vəsaitdən 2,9 mln. dollar (5,8%) məbləğində vəsait 8 kommersiya bankına satılıb.

"İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək", - deyə Fonddan bildirilib.

Son xəbərlər

Orphus sistemi