​"NBC Bank" riskli kreditləşməni daraldır

​"NBC Bank" riskli kreditləşməni daraldır Bankın vaxtı keçmiş kreditlərinin həcmi 12%, xüsusi çəkisi isə 0,4 faiz bəndi artıb
Maliyyə
13 Avqust , 2015 13:20
​NBC Bank riskli kreditləşməni daraldır

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycanın "NBC Bank" ASC-nin aktivlərinin həcmi 2015-ci iyulun 1-nə 147,526 min manat təşkil edib. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 9,8% çoxdur.

Bankın baş ofisindən "Report"a bildirilib ki, iyulun 1-nə kredit portfeli 122,929 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 5,3% çoxdur. Kreditlərin valyuta ilə tərkibinə görə, xarici valyutada kreditlər artıb, milli valyutada isə azalıb. Belə ki, xarici valyutada kreditlər son bir ildə 2,8 dəfə artaraq 23,294 mln. manat, milli valyutada isə 8% azalaraq 99,635 mln. manat təşkil edib.

İstehlak kreditləri iyulun 1-nə 62,168 mln. manat olub ki, bu da keçən ilin eyni dövrünə nisbətən 11% azdır.

Bankın ipoteka kreditləri illik müqayisədə 46,8% artaraq 16,1 mln. manat olub.

Maliyyə qurumlarına verilən kreditlərin həcmi 2,3 dəfə artıb və 18,102 mln. manat təşkil edib.

Yəni, "NBC Bank" ilk yarımildə riskli kreditlərini azaldaraq daha çox ipoteka və maliyyə təşkilatlarını kreditləşdirib.

Qeyd edək ki, vaxtı keçmiş kreditlərin həcmi iyulun 1-nə 7,501 mln. manata çatıb. Bu, keçən ilin analoji dövrü ilə müqayisədə 12% çoxdur. Problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə son bir ildə 0,4 faiz bəndi artaraq 6,1%-ə çatıb.

"NBC Bank"ın depozit portfeli yarımilliyin sonuna 64,096 mln. manat təşkil edib ki, bu isə keçən ilin analoji dövrü ilə müqayisədə 10,5% çoxdur.

Əhalinin əmanətləri isə 2014-cü ilin ilk yarısı ilə müqayisədə 29,3% artaraq 68,069 mln. manat olub.

Bank öz nizamnamə kapitalını da tələb olunan 50 mln.manata yaxınlaşdırıb və hazırda 46,536 mln. manat təşkil edir.

Son xəbərlər

Orphus sistemi