​"NBC Bank"ın aktivləri ötən il 18% artıb

​"NBC Bank"ın aktivləri ötən il 18% artıb Kredit portfelində problemli kreditlərin xüsusi çəkisində azalma müşahidə edilib
Maliyyə
27 Yanvar , 2015 11:46
​NBC Bankın aktivləri ötən il 18% artıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanın "NBC Bank" ASC-nin aktivləri 2014-cü ildə 17,81% artaraq 2015-ci il yanvarın 1-nə 138,106 mln. manata çatıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, hesabat ilində aktivlərin həcmində nağd vəsaitlər 2,36% azalaraq 1,369 mln. manat, "nostro" hesablar 8,12% artaraq 2,916 mln. manat, müştərilərə verilmiş kreditlər 24,32% artaraq 118,435 mln. manat (məqsədli ehtiyatlar çıxılmaqla) təşkil edib.

Cari ilin yanvarın 1-nə Bankın 122,159 mln. manatlıq kredit portfelinin (2013-cü illə müqayisədə 25,97% çox) 116,087 mln. manatını cari, 4,97%-ni və ya 6,072 mln. manatını vaxtı keçmiş kreditlər təşkil edib. Beləliklə, vaxtı keçmiş kreditlərin həcmi 2013-cü ilin sonu ilə müqayisədə 2,52% artıb. Buna baxmayaraq, kredit portfelində problemli kreditlərin xüsusi çəkisində azalma müşahidə edilib. Belə ki, 2013-cü ilin sonuna problemli kreditlərin kredit portfelində xüsusi çəkisi 6,06% olub.

Hesabat ilində öhdəliklərin strukturunda depozitlər 10,88% artaraq 2015-ci il yanvarın 1-nə 58,039 mln. manat, banklardan başqa digər maliyyə müəssisələrinin depozitləri 38,60% artaraq 19,509 mln. manat, banklar və digər maliyyə institutlarının kreditləri 56,66% artaraq 5,953 mln. manat olub.

Qeyd edək ki, 2015-ci il yanvarın 1-nə Bankın cəmi kapitalı 51,015 mln. manat təşkil edib və bu, ötən ilin əvvəlinə nisbətən 26,95% çoxdur.

Son xəbərlər

Orphus sistemi