"NBC Bank"da problemli kreditlərin həcmi artıb

"NBC Bank"da problemli kreditlərin həcmi artıb Bank bu ilin birinci rübünü zərərlə başa vurub
Maliyyə
29 Aprel , 2015 14:19
NBC Bankda problemli kreditlərin həcmi artıb

Bakı. 29 aprel. REPORT.AZ/ "NBC Bank" ASC-nin aktivləri 2015-ci ilin əvvəlindən 2,77% artaraq aprelin 1-nə 141,9 mln. manata çatıb. Bunun 3,94%-ni və ya 5,9 mln. manatını nağd vəsaitlər təşkil edib. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, Bankın kredit portfelinin həcmi ilin əvvəli ilə müqayisədə 0,14% artaraq 122,3 mln. manat təşkil edib. Kredit portfelinin 5,75%-nin və ya 7,0 mln. manatının ödəniş vaxtı keçib. Beləliklə, vaxtı keçmiş kreditlərin həcmi ilin əvvəlindən 15,78% artıb. Problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisi isə ilin əvvəli ilə müqayisədə 0,78 faiz bəndi yüksəlib.

Hesabata əsasən, "NBC Bank" birinci rübü 586 min manat zərərlə başa vurub. Bu müddətdə Bankın gəlirləri 5,0 mln. manat, o cümlədən faiz gəlirləri 4,5 mln. manat, qeyri-faiz gəlirləri 519 min manat, xərcləri isə 4,9 mln. manat, o cümlədən faiz xərcləri 1,9 mln. manat, qeyri-faiz xərcləri 3,0 mln. manat olub.

Qeyd edək ki, cari il aprelin 1-nə Bankın məcmu kapitalı 49,6 mln. manat, nizamnamə kapitalı 46,5 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi