​Xarici dövlətlərin yük avtomobilləri və digər nəqliyyat vasitələrinin yol vergisi, dövlət rüsumundan azad olunması qaydası təsdiq edilib

​Xarici dövlətlərin yük avtomobilləri və digər nəqliyyat vasitələrinin yol vergisi, dövlət rüsumundan azad olunması qaydası təsdiq edilib Dəmir yolu yükləri Astaradan İrana və Naxçıvandan Türkiyədən keçməklə 3-cü dövlətə daşındıqda yol vergisi, dövlət rüsumundan azad edilir
Maliyyə
20 İyul , 2016 02:09
​Xarici dövlətlərin yük avtomobilləri və digər nəqliyyat vasitələrinin yol vergisi, dövlət rüsumundan azad olunması qaydası təsdiq edilib

Bakı. 20 iyul. REPORT. AZ/ Nazirlər Kabineti “Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası”nı təsdiq edib.

"Report"un məlumatına görə, qərarda deyilir:

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 17 may tarixli 256-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 may tarixli 921 nömrəli Fərmanının və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 17 may tarixli 257-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 may tarixli 922 nömrəli Fərmanı-nın 1.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Xarici dövlətlərin yük avtomobillərinin, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin yol vergisindən və dövlət rüsumundan azad olunması Qaydası” təsdiq edilsin.

2. Bu qərar 2016-cı il iyun ayının 1-dən etibarən tətbiq edilir və 3 (üç) il müddətində qüvvədədir.

Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri

Azərbaycan Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq İran İslam Respublikasına və ya onun ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda; Naxçıvan Muxtar Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq Türkiyə Respublikasına və ya onun ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda yol vergisindən və dövlət rüsumundan azaddır.

Habelə xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki bu Qaydanın 2.2.3-cü - İran İslam Respublikasının ərazisindən avtonəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə; və 2.2.4-cü - Türkiyə Respublikasından avtonəqliyyat vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə - yarımbəndlərində göstərilən ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda,

Eləcə də avtonəqliyyat vasitəsi Türkiyə Respublikasından və ya İran İslam Respublikasından gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırdıqdan sonra, həmin dəmir yolu stansiyasından digər yükü müvafiq olaraq Türkiyə Respublikası və ya İran İslam Respublikası istiqamətində geri daşıdıqda xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri yol vergisindən və dövlət rüsumundan azad edilirlər.

Qərara əsasən yük sahibi və ya müvafiq səlahiyyət əsasında yük sahibi adından çıxış edən digər hüquqi və fiziki şəxslər (bundan sonra - bəyannaməçi) Azərbaycan Respublikasının gömrük sərhədindən keçərkən, avtonəqliyyat vasitələrinin yüklə və ya yüksüz yola düşməsindən asılı olaraq, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq avtonəqliyyat vasitələrini və yükü bəyan edir və onlar barədə digər vəzifələri yerinə yetirir.

Bəyannaməçi bu Qaydanın 3.1-ci bəndində göstərilənlərdən əlavə, müvafiq gömrük orqanına "Yük haqqında bildiriş"i təqdim edir.

Bildiriş kağız üzərində yazılı formada və ya elektron formada təqdim edilə bilər.

Bildiriş kağız üzərində yazılı formada təqdim edildikdə, üç nüsxədə tərtib edilir. Bildirişin bir nüsxəsi müvafiq gömrük orqanında, digər iki nüsxəsi isə bəyannaməçidə qalır. Bildiriş elektron formada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 164 nömrəli qərarı ilə təsdiq edilmiş "Gömrük orqanlarının elektron məlumat sistemindən istifadə Qaydaları"na uyğun olaraq tərtib edilir.

Avtonəqliyyat vasitəsi Astara və ya Şərur dəmir yolu stansiyasına daxil olduqda, bəyannaməçi bildirişin bir nüsxəsini "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müvafiq qurumuna təqdim etməlidir.

Kağız üzərində yazılı formada təqdim olunan bildiriş bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən isə həmçinin möhürlə təsdiq edilməlidir. Elektron formada təqdim edilən bildirişdə elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır.

Bildiriş gömrük orqanına avtonəqliyyat vasitələrinin və (və ya) yükün bəyan edildiyi vaxt verilməlidir. Gömrük orqanı Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən bəyannaməçinin təqdim etdiyi sənəd və məlumatlarda aradan qaldırılması mümkün olmayan çatışmazlıqlar aşkar etdiyi halda, bildirişin qəbul edilməsindən imtina edir.

Bildirişin Azərbaycan və ingilis dillərində formaları Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində yerləşdirilməlidir və bəyannaməçinin həmin səhifədən bildirişi ödənişsiz qaydada əldə etmək imkanı olmalıdır.

İlk dəmir yolu stansiyasına yola düşən avtonəqliyyat vasitələri, İran İslam Respublikasının və ya Türkiyə Respublikasının ərazisindən avtonəqliyyat vasitəsi ilə müvafiq olaraq Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının ərazisinə daxil olan yük ilk dəmir yolu stansiyası hesab edilən Astara və ya Şərur dəmir yolu stansiyasında vaqona (vaqonlara) aşırılaraq dəmir yolu ilə nəql edildikdə, bildirişi və "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşıyıcı ilə bağlanmış müqaviləni gömrük orqanlarına təqdim etməlidir.

Avtonəqliyyat vasitəsi Türkiyə Respublikasından və ya İran İslam Respublikasından gömrük ərazisinə yüklə daxil olaraq, həmin yükü ilk dəmir yolu stansiyasında aşırdıqdan sonra, həmin dəmir yolu stansiyasından digər yükü müvafiq olaraq Türkiyə Respublikası və ya İran İslam Respublikası istiqamətində geri daşıdıqda, bəyannaməçi bildirişi və müvafiq müqaviləni gömrük orqanlarına təqdim etməlidir.

Avtonəqliyyat vasitəsi gömrük ərazisini tərk edərkən, bəyanaməçi müvafiq gömrük orqanına bu Qaydanın 3 nömrəli əlavəsi ilə müəyyən olunmuş formada təsdiq edilmiş təhvil-təslim aktını təqdim etməlidir.

Azərbaycan Respublikasının və ya Naxçıvan Muxtar Respublikasının ərazisində dəmir yolu ilə nəql edilən yük son dəmir yolu stansiyası hesab edilən Astara və ya Şərur dəmir yolu stansiyasında avtonəqliyyat vasitəsinə aşırılaraq İran İslam Respublikasına və ya Türkiyə Respublikasına və ya onların ərazisindən keçməklə üçüncü dövlətə daşındıqda, bəyannaməçi bu Qaydanın 3-cü hissəsinin tələbləri nəzərə alınmaqla, bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən edilmiş formada bildirişi, 3 nömrəli əlavəsində müəyyən olunmuş formada təsdiq edilmiş təhvil-təslim aktını və "Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşıyıcı ilə bağlanmış müqaviləni yük gömrük ərazisindən çıxarılarkən gömrük orqanlarına təqdim etməlidir.

Dəmir yolu stansiyalarında zəruri əməliyyatlar:

Daşıyıcının tələbi ilə Astara və ya Şərur dəmir yolu stansiyasına yükü gətirən bəyannaməçi tərəfindən yük barədə aşağıdakı zəruri əməliyyatlar yerinə yetirilir:

Dəmir yolu ilə nəql edilən və ya avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük çəkilir və ya onun kəmiyyət ölçüsü başqa qaydada müəyyən edilir;

Dəmir yolu ilə nəql edilən yük avtonəqliyyat vasitəsinə aşırılır və ya avtonəqliyyat vasitəsinə aşırılmamışdan əvvəl vaqonlardan boşaldılır;

Avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəql edilməsi üçün vaqonlara aşırılır və ya vaqonlara aşırılmamışdan əvvəl avtonəqliyyat vasitəsindən boşaldılır;

Avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəql edilməsi üçün vaqonlara aşırılır və eyni zamanda dəmir yolu ilə nəql edilən digər yük geri müvafiq olaraq Türkiyə Respublikası və ya İran İslam Respublikası istiqamətində daşınması üçün həmin avtonəqliyyat vasitəsinə aşırılır, habelə vaqonlara və ya avtonəqliyyat vasitəsinə aşırılmamışdan əvvəl boşaldılır;

Avtonəqliyyat vasitəsi ilə gətirilmiş yük dəmir yolu ilə nəql edilməsi üçün qablaşdırılır və ya yenidən qablaşdırılır.

Son xəbərlər

Orphus sistemi