​Nazir müavini: "ƏDV ilə bağlı planlaşdırılan güzəştlər ucuzlaşmaya səbəb olmalıdır"

​Nazir müavini: "ƏDV ilə bağlı planlaşdırılan güzəştlər ucuzlaşmaya səbəb olmalıdır" Bu güzəştlərin məqsədi sahibkarların gəlirlərini artırmaq deyil
Maliyyə
10 Avqust , 2016 13:07
​Nazir müavini: ƏDV ilə bağlı planlaşdırılan güzəştlər ucuzlaşmaya səbəb olmalıdır

Bakı. 10 avqust. REPORT.AZ/ Azərbaycanda xidmətlərə və qida məhsullarına əlavə dəyər vergisi (ƏSV) ilə bağlı planlaşdırılan güzəştlər sosial xarakter daşıyır. "Report" xəbər verir ki, bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini İlkin Vəliyev deyib.

Onun sözlərinə görə, bu güzəştlərin məqsədi sahibkarların gəlirlərini artırmaq deyil, həmin malların qiymətinin aşağı düşməsinə nail olmaqdır: "Bu güzəştlər ucuzlaşmaya səbəb olmalıdır".

Xatırladaq ki, Azərbaycanda kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin ƏDV üzrə vergitutma obyektinin malların satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərq (ticarət əlavəsi) hesab edilərək, verginin həmin məbləğdən hesablanması ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi gözlənilir.

Son xəbərlər

Orphus sistemi