Nazir müavini: "Azərbaycan hər zaman İslam bankçılığına maraq göstərib"

Nazir müavini: "Azərbaycan hər zaman İslam bankçılığına maraq göstərib" "Biz İslam İnkişaf Bankı ilə İslam bankçılığı alətlərinin Azərbaycanda tətbiq olunması məsələlərini müzakirə etmişik"
Maliyyə
25 Fevral , 2016 19:50
Nazir müavini: Azərbaycan hər zaman İslam bankçılığına maraq göstərib

Bakı. 25 fevral. REPORT.AZ/ "Azərbaycan hər zaman İslam bankçılığına maraq göstərib. Biz İslam İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində İslam bankçılığı alətlərinin Azərbaycanda tətbiq olunması məsələlərini müzakirə etmişik. Bundan başqa, kommersiya və digər banklarımız tərəfindən də İslam bankçılığının Azərbaycanda tətbiqi ilə bağlı texniki yardım məsələsi müzakirə olunub".

"Report" xəbər ki, bu fikirləri Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev bu yaxınlarda Dubayda keçirilən MDB ölkələrinin Biznes Forumunda müzakirə edilən məsələr barədə məlumat verərkən bildirib. 

Onun sözlərinə görə, İslam bankçılığı layihəsinin ümumi parametrləri nəzərə alınıb: "Düşünürük ki, İslam İnkişaf Bankı və bu sahədə təcrübəsi olan mütəxəssisləri cəlb etməklə onun Azərbaycanda prinsiplərini, tətbiq etmək imkanlarını araşdıraraq bu istiqamətdə addımlar ata bilərik".

Son xəbərlər

Orphus sistemi