​Nazim Sadıqov: "Turan Bank" real sektorun kreditləşdirilməsi istiqamətində fəaliyyətini genişləndirir"

​Nazim Sadıqov: "Turan Bank" real sektorun kreditləşdirilməsi istiqamətində fəaliyyətini genişləndirir" Azərbaycanın “Turan Bank” ASC bu ilin ilk yarısında məcmu kapitalını 53 mln. manata çatdıraraq Mərkəz
Maliyyə
19 Sentyabr , 2014 12:27
​Nazim Sadıqov: Turan Bank real sektorun kreditləşdirilməsi istiqamətində fəaliyyətini genişləndirir
Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycanın “Turan Bank” ASC bu ilin ilk yarısında məcmu kapitalını 53 mln. manata çatdıraraq Mərkəzi Bankın fəaliyyətdə müvafiq tələbini vaxtından əvvəl icra edib. “Report”un xəbər verdiyi kimi, bunu “Turan Bank”ın İdarə Heyətinin sədri Nazim Sadıqov bildirib.

N.Sadıqovun sözlərinə görə, “Turan Bank” iqtisadiyyatın real sektorunun kreditləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir və bu istiqamətdə fəaliyyətini genişləndirir. Bu ilin ilk 6 ayının sonuna ümumi həcmi 202 mln. manat olan kredit portfelində real sektorun payı 86,6%-ə (173 mln. manat) bərabərdir.

Ümumilikdə, 21 869 nəfər sahibkara ayrılmış bu kreditlərin 122 mln. manatı “Turan Bank”ın öz vəsaitləri hesabına, 20,9 mln. manatı Sahibkarlığa Kömək Milli Fondunun, 8,9 mln. manatı "Aqrar sektorun inkişafı Layihəsi" çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin, 50,7 mln. manatı isə xarici maliyyə qurumlarının vəsaitləri hesabına verilib. Ayrılmış vəsaitlərin 59 mln. manatını korporativ kreditlər, 68 mln. manatını kiçik və orta biznes kreditləri, 46 mln. manatını isə mikrokreditlər təşkil edib. Bank Abşeronla yanaşı Quba-Xaçmaz, Gəncə-Qazax, Aran və Şəki-Zaqatala zonalarında olan müştərilərin maliyyələşməsini də təmin edib.

“Turan Bank”ın ümumilikdə paytaxt və regionlarda 15 satış məntəqəsinin olduğunu deyən sədr 2015-ci ildə 4 yeni filialın açılacağını, SKMF-in dəstəyi ilə müxtəlif regionlardan olan 737 nəfər sahibkara indiyədək 43,6 mln. manatadək vəsait ayırdığını açıqlayıb.

Aqrar sektorun inkişafına yönəldilən vəsait hesabına Bank tərəfindən indiyədək 581 təsərrüfat subyekti 13,3 mln. manat həcmində güzəştli kreditlə təmin olunub.

Biznesin dəstəklənməsi istiqamətində “Turan Bank”ın müştərilərinə güzəştli şərtlərlə bu günədək 15 mln. manatadək kredit ayrılıb: "Rəqəmlərin dili ilə desək cari ilin ilk 6 ayı ərzində Bank 109 mln. manat həcmində verdiyi kreditlərin 77%-ni biznes kreditləri təşkil edib". 

Son xəbərlər

Orphus sistemi