​Naxçıvanda vergi yoxlaması nəticəsində 31 min manat maliyyə sanksiyası tətbiq edilib

​Naxçıvanda vergi yoxlaması nəticəsində 31 min manat maliyyə sanksiyası tətbiq edilib 15 min 577 manat inzibati cərimə tətbiq olunub
Maliyyə
6 Yanvar , 2016 10:54
​Naxçıvanda vergi yoxlaması nəticəsində 31 min manat maliyyə sanksiyası tətbiq edilib

Bakı. 6 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının (MR) Vergilər Nazirliyində kollegiya iclası keçirilib.

"Report"un xəbərinə görə, Naxçıvanın vergilər naziri Əli Mahmudov 2015-ci ildə görülmüş işlər barədə məlumat verib.

Nazirin sözlərinə görə, vergi nəzarəti tədbirləri çərçivəsində bu il başa çatdırılmış 145 səyyar vergi yoxlaması nəticəsində 60 min 800 manat əlavə vəsait hesablanıb, 31 min 548 manat maliyyə sanksiyası tətbiq edilib: "Naxçıvan Vergilər Nazirliyi və onun yerli vergi orqanları tərəfindən 122 operativ vergi nəzarəti tədbirləri həyata keçirilib, keçirilmiş tədbirlər nəticəsində 15 min 577 manat inzibati cərimə və maliyyə sanksiyaları tətbiq edilib və ödənilməsi təmin olunub".

Ə.Mahmudov qeyd edib ki, Vergilər Nazirliyi tərəfindən aparılmış yoxlamalar, əsasən, vergi ödəməkdən yayınma riski böyük olan ödəyiciləri əhatə edib: "Səyyar vergi yoxlamalarının sayı aktiv fəaliyyət göstərən vergi ödəyicilərinin 2,6 faizini, operativ vergi nəzarəti tədbirləri isə 2,3 faizini təşkil edib.

O bildirib ki, muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektlərində elektron qaydada qeydiyyatdan keçirilmiş 1014 ədəd POS-terminal quraşdırılıb, bunun 147 ədədi 2015-ci ildə tətbiq edilib: "POS-terminallar vasitəsilə aparılmış alqı-satqı əməliyyatları 16 milyon 639 min 561 manata çatıb".

Son xəbərlər

Orphus sistemi