​Naxçıvanda kreditlərin daha çox hansı sahəyə yönəldildiyi açıqlanıb

​Naxçıvanda kreditlərin daha çox hansı sahəyə yönəldildiyi açıqlanıb Keçən il verilən kreditlərin 29,7 faizi kənd təsərrüfatının inkişafına yönəldilib
Maliyyə
26 Yanvar , 2016 13:46
​Naxçıvanda kreditlərin daha çox hansı sahəyə yönəldildiyi açıqlanıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının bank və kredit təşkilatları tərəfindən ötən il ərzində 70 milyon 221 min manat kredit verilib.

"Report"un xəbərinə görə, verilən kreditin 26 milyon 627 min manatını qısamüddətli, 43 milyon 594 min manatını isə uzunmüddətli kreditlər təşkil edir.

Verilmiş kreditlərin 20 milyon 860 min manatı kənd təsərrüfatının, 14 milyon 318 min manatı sənayenin, 7 milyon 162 min manatı nəqliyyatın inkişafına və digər sahələrə yönəldilib.

Kredit qoyuluşu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20 milyon 499 min manat artıb.

Kredit qoyuluşları, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldilib ki, bu da kənd təsərrüfatı, yerli sənaye və istehlak malları istehsalının həcminin artması və yeni iş yerlərinin yaranmasında əhəmiyyətli rol oynayıb.

2015-ci il ərzində verilmiş kreditlərin 29,7 faizi kənd təsərrüfatının inkişafına, ənənəvi istehsal və kiçik emal sahələrinin dirçəldilməsinə yönəldilib. 

Son xəbərlər

Orphus sistemi