Bakı. 16 sentyabr. REPORT.AZ/ Azərbaycanda dövlət şirkətlərinin səhmlərinin dövriyyəyə buraxılmasına müsbət yanaşma var. “Report” xəbər verir ki, bunu Bakıda keçirilən SOCAR istiqrazlarının təqdimat məramisində Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyir.
“Səhm buraxmaq üçün korporativ idarəetmə, şəffaflıq, hesabatlılıq tələbləri mövcuddur. Bu gün SOCAR həmin tələblərə cavab verir və səhm buraxmağa hazırdır”, - deyə N.Əmirov qeyd edib.