"Muğanbank" yerli biznes üçün xaricdən vəsait cəlb edəcək

"Muğanbank" yerli biznes üçün xaricdən vəsait cəlb edəcək Şaiq Ələkbərov: "Bu, bankın strateji baxışıdır"
Maliyyə
3 Fevral , 2016 10:29
Muğanbank yerli biznes üçün xaricdən vəsait cəlb edəcək

Bakı. 3 fevral. REPORT.AZ/ "Muğanbank" ASC yerli biznesin dəstəklənməsi məqsədi ilə əlavə vəsaitlərin cəlb edilməsi üçün xarici maliyyə qurumları ilə danışıqlar aparır. 

"Report"un verdiyi xəbərə görə, bunu "Muğanbank"ın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov bildirib: "Bu gün Bankın likvidliklə bağlı narahatlığı olmadığına baxmayaraq, biz bu işi daim aparacağıq ki, yerli biznes dəstəklənsin".

"Bu il də bizim xarici maliyyə qurumları ilə əməkdaşlığımız davam edir. Azərbaycana yenə də əlavə vəsaitlər gələcək. Bunu da sırf yerli iqtisadiyyatda istifadə edəcəyik. Bankın hazırda strateji baxışı belədir", - deyə Bank rəsmisi qeyd edib.

Ş.Ələkbərovun sözlərinə görə, hazırda Bankın likvidliyi kifayət qədər yüksəkdir: "Bankın kifayət qədər vəsaiti var. Əmanətçilər də istənilən zaman müraciət edib, sərbəst şəkildə vəsaitlərini götürə bilir. Ümumiyyətlə, bir çox yerli və xarici qurumlarla işləyirik. Avropa Yenidənqurma və İnkişaf Banklı, Dünya Bankı, İslam İnkişaf Bankından vəsait cəlb edir və Azərbaycanda yerli biznesi maliyyələşdiririk. Əsasən də yerli istehsala güc vermişik".

Son xəbərlər

Orphus sistemi