"Muğanbank" yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

"Muğanbank" yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır Maliyyə Bazarlarına Nəzarət Palatası bankın səhm emissiyasını qeydə alıb
Maliyyə
6 Oktyabr , 2016 10:37
Muğanbank yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır

Bakı. 6 oktyabr. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Muğanbank” ASC-nin səhm emissiyasını qeydə alıb. Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 200 manat olan 10 min ədəd adi sənədsiz səhmin (2 mln. manatlıq) qapalı üsulla yerləşdirilməsini nəzərdə tutur.

Qeyd edək ki, "Muğanbank"ın səhmdarlarının avqustun 20-də keçirilmiş növbədənkənar yığıncağında Bankın kapitalının 10 mln. manat artırılması qərara alınıb. Kapital artımı 5 mərhələdə - hər dəfə 2 mln. manat olmaqla həyata keçiriləcək.

Xatırladaq ki, "Muğanbank" 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 55 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 275 min səhm əsasında formalaşıb. Səhmlərin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyev (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi