"Muğanbank" yarımilliyi zərərlə başa vurub

"Muğanbank" yarımilliyi zərərlə başa vurub Ötən ilin birinci yarısında isə bankın mənfəəti 3,5 mln. manatdan çox olub
Maliyyə
30 İyul , 2015 17:06
Muğanbank yarımilliyi zərərlə başa vurub

Bakı. 30 iyul. REPORT.AZ/ "Muğanbank" ASC cari ilin birinci yarısını 1,973 mln. manat zərərlə yekunlaşdırıb. Ötən ilin birinci yarısında isə bankın mənfəəti 3,536 mln. manat təşkil edib.

"Report"un banka istinadən verdiyi xəbərə görə, gəlirlər illik 15,2% artaraq 30,1 mln. manata, xərclər 42% artaraq 32,1 mln. manata çatıb.

Faiz gəlirləri 55,2% artaraq 30,3 mln. manata, faiz xərcləri 43,6% artaraq 12,6 mln. manata yüksəlib. Bank birinci yarımillikdə 17,7 mln. manat faiz mənfəəti əldə edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 64,7% çoxdur.

Birinci yarımildə bankın qeyri-faiz zərəri 117,8 min manat təşkil edib. Ötən ilin müvafiq dövründə qeyri-faiz gəliri 6,7 mln. manat olub. Bu müddətdə qeyri-faiz xərcləri 20,6% artaraq 12,8 mln. manata yüksəlib. Bank ilk yarım ili 12,9 mln. manat qeyri-faiz zərəri ilə başa vurub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.

Qeyd edək ki, cari ilin iyulun 1-nə "Muğanbank"ın aktivləri 438,2 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi