​“Muğanbank” nizamnamə kapitalını 50 mln. manata çatdırıb

​“Muğanbank” nizamnamə kapitalını 50 mln. manata çatdırıb Yerləşdirmədən sonra “Muğanbank”ın nizamnamə kapitalı 45 305,80 min manatdan 50 mln. manata çatıb
Maliyyə
25 İyul , 2015 11:49
​“Muğanbank” nizamnamə kapitalını 50 mln. manata çatdırıb

Bakı. 25 iyul. REPORT.AZ/ “Muğanbank” ASC-nin ümumi məbləği 4 964 200 manat təşkil edən 23 471 ədəd adi sənədsiz adlı səhmlərinin emissiyası başa çatıb. “Report”un bankın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, AZ1001005466 qeydiyyat nömrəli səhmlərin hər birinin nominal dəyəri 200 manatdır.

Yerləşdirmədən sonra “Muğanbank”ın nizamnamə kapitalı 45 305,80 min manatdan 50 mln. manata çatıb.

Xatırladaq ki, Azərbaycan ərazisində 44 filialı və 6 şöbəsi olan “Muğanbank” 1992-ci ildə fəaliyyətə başlayıb.

Son xəbərlər

Orphus sistemi