"Muğanbank" nizamnamə kapitalını 10% artırır

"Muğanbank" nizamnamə kapitalını 10% artırır Fevralın 11-də Bank yeni səhm emissiyasının yerləşdirilməsinə başlayır
Maliyyə
3 Fevral , 2016 14:04
Muğanbank nizamnamə kapitalını 10% artırır

Bakı. 3 fevral. REPORT.AZ/ Fevralın 11-də “Muğanbank” ASC-nin 25 min ədəd adi sənədsiz adlı səhmlərinin emissiyasının yerləşdirilməsinə başlanacaq. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Emissiyanın ümumi həcmi 5 mln. manat, bir səhmin nominal dəyəri 200 manatdır.

Yerləşdirmədən sonra “Muğanbank”ın nizamnamə kapitalı 10% artaraq 55 mln. manata çatacaq.

Qeyd edək ki, “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb və hazırda ölkədə 44 filialı və 6 şöbəsi, həmçinin Moskva şəhərində nümayəndəliyi var. Bank ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), "WorldBusiness Capital, Inc." (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), "The Green for Growth Fund, Southeast Europe" (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi beynəlxalq qurumlarla əməkdaşlıq edir. Hazırda Bankın nizamnamə kapitalı 50 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi