"Muğanbank" kredit şərtlərini dəyişir

"Muğanbank" kredit şərtlərini dəyişir Bank yaxın günlərdə istehlak kreditləşməsini bərpa edəcək
Maliyyə
4 Fevral , 2016 10:02
Muğanbank kredit şərtlərini dəyişir

Bakı. 4 fevral. REPORT.AZ/ "Muğanbank" ASC ölkə iqtisadiyyatının istehsal sahəsi, xüsusən də özəl sektorun maliyyələşməsinin genişləndirilməsi proqramı çərçivəsində kreditləşdirmə şərtlərinin müzakirəsini davam etdirir. 

"Report"un verdiyi xəbərə görə, bunu "Muğanbank"ın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov bildirib: "Hazırda faiz dərəcəsi müzakirə predmetidir. Təxminən, differensial formada yanaşma olacaq. Yəni, məbləğindən, müddətindən və istehsalat sahəsindən asılı olaraq şərtlər fərqli olacaq. Çünki daha strateji və nisbətən aşağı gəlirli olan sahələr var. Hazırda biznes kreditləri ortalama illik 15-18%-lə verilir".

Onun sözlərinə görə, Bank yaxın günlərdə istehlak kreditləşməsini də yeni şərtlərə bərpa edəcək.

"Hazırda Bank tərəfindən istehlak kreditləri hələ ki, verilmir. Nəzərdə tutmuşuq ki, yaxın zamanda istehlak portfeli yeni şərtlərlə yenidən bərpa olunsun. Hazırda iqtisadiyyatda da vəziyyət dəyişib. Dünyadakı proseslər bizə də təsir edib. Bank da ölkə iqtisadiyyatının, cəmiyyətinin bir qoludur və buna görə də prosesləri bazara uyğun tənzimləməliyik. Ümumi çətinliklər var, o cümlədən neft amili və s. Həmçinin, qiymətlərin artması ilə əlaqədar əhalinin gəlirlərində də azalma var. Ona görə də kredit şərtlərinə yenidən baxılır. Bundan əvvəl istehlak kreditləri 25%-dən verilib. Lakin bundan sonra baxış dəyişəcək və çox güman ki, faizlər enəcək", - deyə Ş.Ələkbərov qeyd edib.

Son xəbərlər

Orphus sistemi