"Muğanbank" kapitalını mərhələlərlə artıracaq

"Muğanbank" kapitalını mərhələlərlə artıracaq İlin sonuna qədər Bankın kapitalının 10 mln. manat artırılması nəzərdə tutulub
Maliyyə
30 Sentyabr , 2016 16:35
Muğanbank kapitalını mərhələlərlə artıracaq

Bakı. 30 sentyabr. REPORT.AZ/ "Muğanbank" ASC-nin səhmdarlarının Bankın nizamnamə kapitalının 10 mln. manat və yaxud 18,2% artırılaraq 65 mln. manata çatdırılması ilə bağlı 20 avqust 2016-cı il tarixli qərarı mərhələlərlə icra olunacaq. Bunu "Report"a "Muğanbank"dan deyiblər.

Məlumata görə, kapitalın 5 mərhələdə, hər dəfə 2 mln. manat olmaqla artırılması nəzərdə tutulur. Bu prosesin ilin sonuna qədər yekunlaşacağı gözlənilir. Artıq 2 mln. manatlıq səhm emissiyaı üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edilib.

Ümumiyyətlə, "Muğanbank" 10 mln. manatlıq artım üçün dövriyyəyə hər birinin nominal dəyəri 200 manat olan əlavə 50 min səhm buraxacaq. Yeni səhmləri Bankın mövcud səhmdarları mütənasib qaydada alacaqlar. Yəni, səhmdarların pay bölgüsündə dəyişiklik olmayacaq və bu prosesə kənar investorun cəlb edilməsi nəzərdə tutulmayib.

Xatırladaq ki, "Muğanbank" 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 55 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 275 min səhm əsasında formalaşıb. Səhmlərin 63,5%-i Elmir Maqbet oğlu Mehdiyev (Bankın Müşahidə Şurasının sədri), 13,1%-i Maqbet Rəhim oğlu Mehdiyevə, 12,05%-i Vəfa Əhməd qızı Vəliyevaya, 11,35%-i isə Fəridə Cahandar qızı Mehdiyevaya məxsusdur.

Son xəbərlər

Orphus sistemi