"Muğanbank"ın problemli kreditləri 40% artıb

"Muğanbank"ın problemli kreditləri 40% artıb Bank cari ilin ilk yarısını 631 min manat mənfəətlə başa vurub
Maliyyə
19 Avqust , 2016 17:04
Muğanbankın problemli kreditləri 40% artıb

Bakı. 19 avqust. REPORT.AZ/ "Muğanbank" ASC-nin aktivləri rüblük 7,99% azalaraq cari il iyulun 1-nə 512 779 min manat təşkil edib. 

"Report"un Banka istinadən verdiyi xəbərə görə, illik müqayisədə isə 17% artım qeydə alınıb.

Kredit portfeli rüblük 3,2% azalaraq 332 958,94 min manata enib. İllik müqayisədə isə 0,45% artım müşahidə olunub.

Kredit portfelinin 46 108,35 min manatının və ya 13,85%-nin ödəniş vaxtı keçib. Vaxtı keçmiş kreditlərin həcmi ilk rübün sonu ilə müqayisədə 39,6% artıb. Problemli kreditlərin kredit portfelində xüsusi çəkisində 4,25 faiz bəndi artım yaranıb.

İstehlak kreditləri rüblük müqayisədə 7,18% azalaraq iyulun 1-nə 165 911,48 min manat olub. İstehlak kreditlərinin 20 395,62 min manatının və ya 12,29%-nin vaxtı keçib. İstehlak kreditləşməsində illik müqayisədə isə 4,61% azalma qeydə alınıb.

Bank II rübdə 123,75 min manat mənfəət əldə edib ki, bu da I rüblə müqayisədə 75,61% azdır. Beləliklə, Bank cari ilin ilk yarısını 631,11 min manat mənfəətlə başa vurub. Ötən ilin birinci yarısında isə bank 1 973,06 min manat zərərlə işləyib.

Son xəbərlər

Orphus sistemi