"Muğanbank"ın 3 yeni şöbəsi açılıb

"Muğanbank"ın 3 yeni şöbəsi açılıb Yeni şöbələrin ikisi Bakı, biri isə Sumqayıt şəhərində yerləşir
Maliyyə
28 Sentyabr , 2015 17:49
Muğanbankın 3 yeni şöbəsi açılıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Muğanbank" ASC-nın Bakı və Sumqayıt şəhərlərində üç yeni şöbəsi fəaliyyətə başlayıb. "Report"un banka istinadən verdiyi xəbərə görə, şöbələrdə fiziki və hüquqi şəxslərə xidmət göstərərək onlara hesab açılması, depozitlərin qəbulu, bank kartlarının sifarişi, hasablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri və s. xidmətlər təklif edilir.

Belə ki, 2 saylı şöbə Bakı şəhəri, Yasamal rayonu, məhəllə 528, Ələsgər Ələkbərov küçəsi, E, 3 saylı şöbə Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 6, mənzil 61, 8 saylı şöbə isə Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti, 56C ünvanında xidmət göstərir.

“Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hazırda bankın ölkə ərazisində 44 filialı və 9 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi müştərilərə bank xidmətləri göstərir. “Muğanbank” ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), "WorldBusiness Capital, Inc." (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), "The Green for Growth Fund", "Southeast Europe Fund" (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) kimi nüfuzlu beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Son xəbərlər

Orphus sistemi