​"Moody's" və "Standard & Poor's" "Brexit"i dəyərləndirib

​"Moody's" və "Standard & Poor's" "Brexit"i dəyərləndirib Britaniyanın "AAA" notu düşürülə bilər
Maliyyə
24 İyun , 2016 20:06
​Moody's və Standard & Poor's Brexiti dəyərləndirib

Bakı. 24 iyun. REPORT.AZ/ "Moody's" və "Standard & Poor's" beynəlxalq reytinq agentlikləri "Brexit" nəticələrini dəyərləndirib.

"Report" xəbər verir ki, "Moody's" bu gün dərc edilən icmalında "Brexit"dən sonrakı qeyri-müəyyən dövrün uzun sürəcəyini bildirib. "Standard & Poor's"un baş analitiki isə yeni yaranmış situasiyada Britaniyanın "AAA" səviyyəsində olan kredit reytinqinin özünü doğrultmayacağını bildirib.

"Moody's" qeyd edib ki, uzun müddət davam edən qeyri-müəyyənlik Böyük Britaniyanın iqtisadi inkişafına əngəl olacaq və maliyyə göstəricilərinin pisləşməsinə yol açacaq. Britaniya ilə Avropa İttifaqı(Aİ) arasında yeni danışıqların nəticəsinin proqnozlarında yaranan çətinliklər Britaniyaya investisiya axınını ləngidəcək, istehlakçıların inamını aşağı salacaq,bu da iqtisadi artımı zəiflədəcək. Agentlik , Aİ üzvü olan ölkələrin kredit reytinqində önəmli dəyişikliklərin olmayacağını bildirib. 

"Moody's" xatırladıb ki, "Brexit" nəticəsində yaranacaq ticarət əngəlləri və satış həcminin azalması Britaniyanın avtomobil və qida sənayesinə ciddi təsir edəcək. Telekommunikasiya, avia və farmasevtik şirkətləri isə bu şəraitdə müntəzəm risklərə məruz qalacaq.

"Standard & Poor's" agentliyinin baş analitiki Moris Kramer(Moritz Kramer) "Financial Times"a bildirib ki, "yeni yaranmış vəziyyətdə Böyük Britaniyanın hazırki kredit reytinqi özünü doğrultmayacaq".

Son xəbərlər

Orphus sistemi