​"Moody's": Rusiyadakı resessiya Azərbaycanın reytinqinə mənfi təsir göstərəcək

​"Moody's": Rusiyadakı resessiya Azərbaycanın reytinqinə mənfi təsir göstərəcək Yaxın 2 il ərzində MDB ölkələrinin reytinqi artmayacaq
Maliyyə
10 May , 2016 10:14
​Moody's: Rusiyadakı resessiya Azərbaycanın reytinqinə mənfi təsir göstərəcək

Bakı. 10 may. REPORT.AZ/ Rusiya iqtisadiyyatındakı resessiyanın yaxın iki ildə MDB ölkələrinin müstəqil kredit reytinqinə neqativ təsir göstərəcəyi ehtimal edilir. 

"Report"un "Moody's" beynəlxalq reytinq agentliyinin hesabatına istinadən verdiyi xəbərə görə, 9 MDB ölkəsindən 5-də Agentliyin neqativ iqtisadi proqnozu qalmaqda davam edəcək və bu, onların gələcəkdə suveren reytinqinin azaldılmasına səbəb ola bilər. 

"Moody's" agentliyinin eksperti Kristin Lindou hesab edir ki, MDB ölkələri iqtisadiyyatları, maliyyə sektorları və büdcələrinin neft qiymətlərindən asılılığı davam etdirəcək: "Bu da yaxın iki il ərzində onların suveren reytinqlərinin artımını əngəlləyəcək". Bu ölkələr arasında Rusiya, Qazaxıstan və Azərbaycan da yer alıb.

Son xəbərlər

Orphus sistemi