"​Moody's" agentliyi "Xalq Bank"ın reytinqini təsdiq edib

"​Moody's" agentliyi "Xalq Bank"ın reytinqini təsdiq edib Proqnoz "neqativ" səviyyəsində saxlanılıb
Maliyyə
28 İyul , 2016 14:12
​Moody's agentliyi Xalq Bankın reytinqini təsdiq edib

Bakı. 28 iyul. REPORT.AZ/ "Moody’s" beynəlxalq reytinq agentliyi "Xalq Bank"ASC-nin uzunmüddətli öhdəliklər üzrə reytinqini yenidən "neqativ" proqnozla "B2" səviyyəsində təsdiq edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, əlavə olaraq Bankın qarşı tərəf riskinin dəyərləndirilməsi eyni səviyyədə təsdiqlənərək dəyişməz qalıb - "B1"(cr)/Not Prime(cr).

Perspektivləri dəyərləndirən "Moody’s" təhlilçiləri bəyan ediblər ki, "Xalq Bank"ın reytinqinin təsdiqlənməsi Bankın bazardakı güclü mövqeyi, sabit depozit bazası, gəlirliliyi, aktivlərin keyfiyyəti və yüksək kapitallaşma səviyyəsi kimi amillərə əsaslanır.

Son xəbərlər

Orphus sistemi