"​Moody’s" agentliyi "Unibank"ın reytinqini təsdiq edib

"​Moody’s" agentliyi "Unibank"ın reytinqini təsdiq edib "Moody's": Bankın reytinqinin artırılması gələcək maliyyə göstəricilərinin sabit artımından asılı olacaq
Maliyyə
7 Aprel , 2015 11:28
​Moody’s agentliyi Unibankın reytinqini təsdiq edib

Bakı. 7 aprel. REPORT.AZ/ "Moody’s" beynəlxalq reytinq agentliyi “Unibank” ASC-nin reytinq qiymətləndirməsi üzrə proqnozlarını “pozitiv” kimi təsdiqləyərək, Bankın 2014-cü ildən bu günə qədər reytinqini "B2" səviyyəsində qoruyub saxladığını bir daha təsdiq edib. "Report"un verdiyi xəbərə görə, bu barədə Bankın yaydığı məlumatda bildirilir.

"Unibank"ın maliyyə direktoru Emin Rəsulzadənin sözlərinə görə, beynəlxalq agentliyin bu qərarı, "Unibank"ın bazarda olan iqtisadi çağırışlara hazırlığının yüksək olduğunun sübutudur. E.Rəsulzadə "Unibank"ın bu mövqedə stabilliyini təmin edən əsas səbəblərin Bankın yaxşı kapitallaşması, adekvat idaretmə sistemlərinin və risklərin yüksək səviyyədə idarə edilməsi olduğunu bildirib.

“Moody's" beynəlxalq reytinq agentliyi "Unibank" ASC-nin uzunmüddətli öhdəliklər reytinqini "B2" səviyyəsində təsdiqləməklə, Bankın maliyyə davamlılığı reytinqinin səviyyəsi isə "E+" səviyyəsində qiymətləndirilib. Agentlik ekspertlərinin rəyində yüksək maliyyə göstəriciləri, çoxsahəli maliyyə profili, girovsuz istehlakçı kreditlərinin yüksək artımı və pərakəndə müştərilərin aktivliyinə görə, "Unibank"ın Azərbaycanın öndə gedən banklarından və ölkənin 5 ən boyük bankından biri olduğu vurğulanır. "Moody's" ekspertləri iddia edirlər ki, Bankın reytinqinin əlavə olaraq artırılmasının mümkünlüyü gələcək maliyyə göstəricilərinin sabit artımından asılı olacaq.

Son xəbərlər

Orphus sistemi