Moody's agentliyi Rusiyanın kredit reytinqini aşağı salıb

Moody's agentliyi Rusiyanın kredit reytinqini aşağı salıb Agentlik qərarını Qərb dövlətlərinin sanksiyaları və neft bazarlarındaki qiymətlərlə izah edib
Maliyyə
21 Fevral , 2015 02:02
Moody's agentliyi Rusiyanın kredit reytinqini aşağı salıb

Bakı. 21 Fevral. REPORT.AZ/ Ukrayna böhranı və neftin qiymətinin düşməsi Rusiyanın kredit reytinqinə birbaşa təsir edib.

"Report" RİA Novosti agentliyinə istinadla xəbər verir ki, "Moody's" beynəlxalq reytinq agentliyi Rusiya Federasiyasının kredit reytinqini "Baa3"dən mənfi "Ba1"-ə salıb.

Agentlik bu qərarını Qərb dövlətlərinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və neft bazarlarındaki qiymətlərlə izah edib.

Xatırladaq ki, yanvarın əvvəlində "Fitch" agentliyi də Rusiyanın kredit reytinqini "BBB"dən mənfi "BBB"-yə salmışdı.

Son xəbərlər

Orphus sistemi