"Moody’s" agentliyi "Bank of Baku"nun reytinqini təsdiq edib

"Moody’s" agentliyi "Bank of Baku"nun reytinqini təsdiq edib Bank bununla bağlı rəsmi məlumat yayıb
Maliyyə
27 İyul , 2016 10:26
Moody’s agentliyi Bank of Bakunun reytinqini təsdiq edib

Bakı. 27 iyul. REPORT.AZ/ “Moody's” beynəlxalq reytinq agentliyi 2016-cı ilin ilk yarısında “Bank of Baku” ASC-nin reytinqinin stabil olaraq qaldığını və çətin iqtisadi vəziyyətin fonunda belə Bankın öz mövqeyini qoruyub saxladığını təsdiq edir. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada Bankın kapital adekvatlığı, ehtiyatların yaradılma siyasəti, likvidlik səviyyəsi, eyni zamanda gəlir qazanma qabiliyyəti müsbət qiymətləndirilib.

Belə ki, Bankın 1 iyul 2016-ci il tarixinə olan maliyyə göstəricilərinə əsasən, məcmu kapitalın adekvatlıq əmsalı 19,5% təşkil edib və bu, Mərkəzi Bankın təyin etdiyi 10%-li minimal tələbdən yüksəkdir. “Moody’s” qeyd edir ki, Bank qeyri-işlək kreditlərə 100%-dən artıq ehtiyat yaradıb, eyni zamanda ehtiyatdan əvvəl gəliri ümumi aktivlərinin 9,3%-ini təşkil edib. 

"Hesabatda Bankın likvidlik mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı göstərilib. Mövcud makroiqtisadi vəziyyəti nəzərə alaraq Bank 2015-ci ilin II rübündən etibarən əməliyyat xərclərinin optimallaşdırılmasına fokuslanıb", - deyə “Bank of Baku”nun məlumatında bildirilib.

Qeyd olunanları nəzərə alaraq, “Moody’s” Bankın reytinqini stabil olaraq "B3" səviyyəsində saxlayıb.

Son xəbərlər

Orphus sistemi