​MONEYVAL çirkli pulların yuyulması ilə bağlı Azərbaycan üzrə yeni hesabatını təsdiq edib

​MONEYVAL çirkli pulların yuyulması ilə bağlı Azərbaycan üzrə yeni hesabatını təsdiq edib Bir sıra ölkələrin hesabata dair siyasi xarakterli düzəlişlərlə bağlı təklifləri qəbul edilməyib
Maliyyə
15 Dekabr , 2014 18:11
​MONEYVAL çirkli pulların yuyulması ilə bağlı Azərbaycan üzrə yeni hesabatını təsdiq edib

Bakı. 15 dekabr. REPORT:.AZ/ Avropa Şurasının Pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL) Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə (PY/TMM) qarşı fəaliyyət sisteminin effektivliyi üzrə növbəti qiymətləndirmə hesabatını təsdiq edib. “Report”un verdiyi xəbərə görə, bu, MONEYVAL-un dekabrın 8-12-də Strasburqda (Fransa) keçirilən 46-cı plenar iclasında baş tutub.

Plenar iclas zamanı gündəliyə uyğun olaraq Azərbaycanda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə (PY/TMM) qarşı fəaliyyət sisteminin effektivliyi üzrə növbəti qiymətləndirmə hesabatının müzakirəsi keçirilib. Qiymətləndirmənin aparılması ilə əlaqədar MONEYVAL-un xüsusi missiyası bu ilin fevral ayında Azərbaycana səfər edib, 2014-cü ilin sentyabr aynda isə Strasburqda hesabat layihəsinin ilkin ikitərəfli müzakirəsi keçirilib. İntensiv müzakirələr nəticəsində əvvəlki qiymətləndirmənin aparıldığı 2008-ci il ilə müqayisədə Azərbaycanın əldə etdiyi əhəmiyyətli inkişaf və nailiyyətləri təsbit edən hesabat təsdiqlənib.

MONEYVAL Katibliyi və bir sıra ölkələrin nümayəndə heyətləri hesabata dair siyasi xarakterli düzəlişlər, eləcə də Azərbaycanda PY/TMM sisteminin effektivliyinin aşağı olması barədə mülahizələr və Azərbaycana qarşı xüsusi monitorinq rejiminin bərpası ilə bağlı təkliflər irəli sürsə də, Azərbaycan nümayəndə heyətinin əsaslandırılmış arqumentləri və kəskin mövqeyi əsasında bu təkliflər qəbul edilməyib.  

Son xəbərlər

Orphus sistemi