​"Mol Bulak"ın aktivləri illik müqayisədə 8% artıb

​"Mol Bulak"ın aktivləri illik müqayisədə 8% artıb Bununla yanaşı, qeyri-bank kredit təşkilatının öhdəlikləri 50% artıb, kapitalı isə 12% azalıb
Maliyyə
29 İyun , 2016 12:35
​Mol Bulakın aktivləri illik müqayisədə 8% artıb

Bakı. 29 iyun. REPORT.AZ/ "Mol Bulak" bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri 2016-cı ilin əvvəlinə 23,691 mln. manat təşkil edib. "Report" BOKT-un audit hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü ilin yekunu ilə müqayisədə 8,1% çoxdur.

İl ərzində "Mol Bulak"ın cəmi öhdəlikləri 50% artaraq 10,716 mln. manat, cəmi kapitalı isə 12,1% azalaraq 12,975 mln. manat olub.

Ötən il BOKT-un aktivlərinin 90,2%-ni və yaxud 21,37 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu, əvvəlki ilə nisbətən 1,7% çoxdur.

Hesabat ilində "Mol Bulak"ın öhdəliklərinin 99,2%-ni və yaxud 10,635 mln. manatını isə cəlb edilmiş vəsaitlər təşkil edib ki, bu daillik müqayisədə 56,4% çoxdur.

Hesabat dövründə BOKT-un faiz gəlirləri 8,39 mln. manat, faiz xərcləri 985 min manat, qeyri-faiz gəlirləri 0 manat, qeyri-faiz xərcləri 106 min manat, valyuta əməliyyatlarından zərəri 1,556 mln. manat, digər əməliyyat gəlirləri isə 287 min manat olub. Bununla da "Mol Bulak"ın əməliyyat mənfəəti 6,03 mln. manat təşkil edib.

BOKT aktivlərin yenidən qiymətləndirilməsinə görə 2,528 mln. manat zərər edib, əmək haqları xərclərinə 3,56 mln. manat, digər ümumi inzibati xərclərə 1,478 mln. manat yönəldib, 251 min manat isə mənfəət vergisi ödəyib.

Beləliklə, BOKT 2015-ci ili 1,787 mln. manat zərərlə başa vurub. Xatırladaq ki, "Mol Bulak" 2014-cü ili 2,531 mln. manat xalis mənfəətlə yekunlaşdırıb.

Son xəbərlər

Orphus sistemi