Mixail Yakunin: "Azərbaycan bank sektorunun əhəmiyyətli inkişaf potensialı var"

Mixail Yakunin: "Azərbaycan bank sektorunun əhəmiyyətli inkişaf potensialı var" "VTB Group"un baş vitse-prezidenti M.Yakunin: "Bank VTB (Azərbaycan)"ın fəaliyyəti müsbət qiymətləndirilir"
Maliyyə
17 Fevral , 2015 17:38
Mixail Yakunin: Azərbaycan bank sektorunun əhəmiyyətli inkişaf potensialı var

Bakı. 17 fevral. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC-nin fəaliyyəti müsbət qiymətləndirilir və 5 il öncə yaradilan bank təşkilatı olaraq əldə etdiyi nəticələri olduqca qənaətbəxşdir. "Report"un məlumatına görə, bunu Bakıda işgüzar səfərdə olan Rusiyanın "Bank VTB" ASC-nin Törəmə şirkətlər Departamentinin müdiri, "VTB Group"un baş vitse-prezidenti Mixail Yakunin bildirib.

M.Yakunin qeyd edib ki, 2012-2014-cü illər ərzində "Bank VTB (Azərbaycan)"ın aktivləri 3,4 dəfə artıb: "Biznes plandakı məqsədləri qabaqlayaraq artıq 2013-cü ildən bank mənfəətlə işləyir. Son iki ildə Azərbaycandakı ROA və ROE əmsalları xarici bank şəbəkəmiz üzrə ən yüksək göstəricilərdən biridir. VTB-nin 20-dən artıq ölkədə törəmə bankı var, bu ölkələrin 15-də isə korporativ və pərakəndə bank xidmətləri göstəririk. Azərbaycandakı bankımızı fəaliyyətinin effektivliyinə görə əminliklə bunların ilk beşliyinə daxil edərdim".

Departament rəhbəri əlavə edib ki, ötən dövrdə "Bank VTB (Azərbaycan)"ın təsis edilməsi, kredit fəaliyyətinin təşkili və inkişaf etdirilməsinə məcmu sərmayələr 500 mln. ABŞ dollarına bərabər olub: "Məqsədimiz bankın bundan sonra da inkişafına nail olmaqdır. Nəzarət səhm zərfinin alınması, əlavə səhm emissiyalarının həyata keçirilməsinə 34 mln. manat yönəldilib. Bundan əlavə, 5,2 mln. manat həcmində subardinasiya olunmuş kredit ayırmışıq və 202 mln. manatlıq banklararası kreditlər cəlb edilib".

M.Yakunin hesab edir ki, ümumilikdə Azərbaycan iqtisadiyyatı, o cümlədən real sektor və bank sahəsi son illər sürətlə inkişaf edir. Lakin bank aktivlərinin ÜDM-ə nisbəti baxımından Azərbaycan MDB məkanında ən aşağı göstəriciyə malikdir: "Yəni Azərbaycan bank sektorunun əhəmiyyətli inkişaf potensialı mövcuddur və onu ən perspektivli bazar kimi qiymətləndiririk. Çünki burada iqtisadi sabitlik görürük, inflyasiya aşağıdır".

Xatırladaq ki, 2014-cü il ərzində "Bank VTB (Azərbaycan)" ASC-nin aktivləri 38,65% artaraq 2015-ci il yanvarın 1-nə 288,921 mln. manata, kredit portfeli 49,23% artaraq 278,689 mln. manata, istehlak kreditləri 45,84% artaraq 134,224 mln. manata, depozit portfeli 28,89% azalaraq 16,0 mln. manata, əhalinin əmanətləri 66,27% artaraq 8,6 mln. manata çatıb. Cari il yanvarın 1-nə bankın nizamnamə kapitalı 50,815 mln. manat, məcmu kapitalı 50,207 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi