​Misir İMF-dən 12 mlrd. dollar kredit almağı planlaşdırır

​Misir İMF-dən 12 mlrd. dollar kredit almağı planlaşdırır Maliyyə yardımının 4 il müddətinə ayrılması nəzərdə tutulub
Maliyyə
3 Avqust , 2016 18:55
​Misir İMF-dən 12 mlrd. dollar kredit almağı planlaşdırır

Bakı. 3 avqust. REPORT.AZ/ Misir Beynəlxalq Valyuta Fondundan (İMF) 12 mlrd. dollar kredit almağı planlaşdırır. 

"Report" xəbər verir ki, bu barədə məlumatı "Sky news Arabia" telekanalı yayıb. 

Xəbərdə bildirilib ki, Misir hökümətinin hazırda Qahirədə olan İMF rəsmiləri ilə görüşlərində fonddan 12 mlrd. dollar kreditin maliyyə yardımı şəklində 4 il müddətinə ayrılması planlaşdırılıb. 

İMF-nin rəsmi nümayəndəsi Uilyam Myurrey (William Murray) bildirib ki, Misir höküməti bu ilin iyul ayının sonlarında iqtisadi proqram çərçivəsində maliyyə yardımı üçün fonda müraciət edib.  

Son xəbərlər

Orphus sistemi