Azərbaycanda gələn il üçün yaşayış minimumu təsdiqlənib

Azərbaycanda gələn il üçün yaşayış minimumu təsdiqlənib DSMF-nin büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla, 3 078,6 mln. manat təşkil edəcək
Maliyyə
20 Oktyabr , 2015 12:45
Azərbaycanda gələn il üçün yaşayış minimumu təsdiqlənib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanda gələn il üçün yaşayış minimumu 136 manat, ehtiyac meyarı 105 manat təsdiq edilib.

"Report"un verdiyi xəbərə görə, parlament həmçinin gələn il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsini təsdiqləyib.

İcmal büdcəsinin tərkib hissəsi olan DSMF-nin büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla, 3 078,6 mln. manat təşkil edəcək.

Fondun xərclərinin 35,6%-i və yaxud 1 100,0 mln. manatı dövlət büdcəsindən birbaşa transfert, 1 978,6 mln. manatı və yaxud 64,4%-i məcburi dövlət sosial sığorta haqları və sair daxilolmalar hesabına qarşılanacaq.

Fondun xərclərinin 95,5%-i və yaxud 2 923,6 mln. manatı əmək pensiyalarının ödənilməsinə, qalan 155, mln. manatı və yaxud 5,0%-i məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, sığortaolunanların sanatoriya-kurorort müalicəsinə və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsinə, fondunmərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması və digər sosial təyinatlı xərclərə yönəldiləcək.

Həmçinin Milli Məclisin 2016-cı ildə xərclər smetası təsdiq edilib və bu göstərici 2 milyon 745 min 955 manat təşkil edəcək. 

Son xəbərlər

Orphus sistemi