"Merkuri" aktivlərini 34% artırıb

"Merkuri" aktivlərini 34% artırıb BOKT ötən ili 42 min manat xalis zərərlə başa vurub
Maliyyə
9 Sentyabr , 2016 11:22
Merkuri aktivlərini 34% artırıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ "Merkuri" bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri 2016-cı il yanvarın 1-nə 4,168 mln. manat təşkil edib. "Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2014-cü illə müqayisədə 34,1% çoxdur.

Ötən ilin yekununda "Merkuri"nin aktivlərinin 94,8%-ni və yaxud 3,951 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Bu, 2014-cü ilin yekununa nisbətən 31,5% çoxdur.

İl ərzində BOKT-un cəmi öhdəlikləri 50,6% artaraq 3,387 mln. manat, cəmi kapitalı isə 9% azalaraq 781 min manat təşkil edib.

"Merkuri" 2015-ci ili 42 min manat xalis zərərlə başa vurub. Halbuki, BOKT 2014-cü ildən 35 min manat xalis mənfəətlə çıxıb.

Xatırladaq ki, "Merkuri" MMC 2012-ci ildə yaradılıb. Onun nizanmamə kapitalı 823 min manatdır. BOKT-un təsisçiləri hər biri 50% payla Səbuhi Məmmədsani oğlu Əzizov və Təranə Qəzənfər qızı Məmmədovadır.

Son xəbərlər

Orphus sistemi