Mərkəzi Bankın sədri: "Azərbaycandakı valyuta bazarında stabil vəziyyət yaranıb"

Mərkəzi Bankın sədri: "Azərbaycandakı valyuta bazarında stabil vəziyyət yaranıb" "Son hərracda təklif etdiyimiz valyutanın hamısı alınmadı"
Maliyyə
19 Yanvar , 2016 14:12
Mərkəzi Bankın sədri: Azərbaycandakı valyuta bazarında stabil vəziyyət yaranıb

Bakı. 19 yanvar. REPORT.AZ/ “Son hərracda təklif etdiyimiz valyutanın hamısı alınmadı. Dəvət etdiyimiz 35 bankdan cəmi 28-i hərracda iştirak etdi. Bu da onu göstərir ki, bazarda artıq stabil vəziyyət yaranıb. Lakin məzənnə yenə də üzür. Proses davam edir. Çünki burada müəyyən təsir var. Çünki neftin qiymətinin aşağı düşməsində xarici amillərin də özünə məxsus təsiri var. “Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib ki, bu gün manatın məzənnəsinə təsir edən əsas amil xarici amillərlə bərabər əhali arasında yaradılan süni ajiotaj və möhtəkirlərin yaratdığı durumdur: “Əhali bilməlidir ki, Mərkəzi Bank digər hökumət qurumları ilə birlikdə ölkədə manatın kəskin üzməsinin qarşısını almaq üçün ciddi tədbirlər görmək iqtidarındadır. Beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı daha da genişlənidirəcəyik”.

Son xəbərlər

Orphus sistemi