Mərkəzi Bankın Naxçıvan İdarəsinin sədri: “Əhali əmanətlərinin banklara cəlb olunmasında vəziyyət tam qənaətbəxş deyil”

Mərkəzi Bankın Naxçıvan İdarəsinin sədri: “Əhali əmanətlərinin banklara cəlb olunmasında vəziyyət tam qənaətbəxş deyil” Ötən il NMR banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 8 mln. 572 min manat olub
Maliyyə
27 Yanvar , 2016 22:48
Mərkəzi Bankın Naxçıvan İdarəsinin sədri: “Əhali əmanətlərinin banklara cəlb olunmasında vəziyyət tam qənaətbəxş deyil”

Bakı. 27 yanvar. REPORT.AZ/ “Əhali əmanətlərinin banklara cəlb olunması istiqamətində vəziyyət tam qənaətbəxş olmasa da, bu sahədə işlər davam etdirilir”.

“Report”un xəbərinə görə, bunu Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Səbuhi Məmmədov deyib.

O bildirib ki, 1 yanvar 2016-cı il tarixinə muxtar respublikada fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin həcmi 8 milyon 572 min manat, o cümlədən xarici valyuta ilə 5 milyon 574 min manat olub:

“Banklara qoyulan əmanətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 800 min manat artıb. 1 yanvar 2015-ci il tarixi ilə müqayisədə xarici valyuta ilə banklara cəlb olunan əmanətlərin həcmi isə 3 milyon 835 min manat çoxdur. Banklara qoyulan əmanətlər üçün müddətindən və növündən asılı olaraq 2 faizdən 16 faizədək illik faiz ödənilir”.

S.Məmmədov qeyd edib ki, muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən fiziki və hüquqi şəxslərə açılmış bank hesablarının işlək hesablara çevrilməsi istiqamətində də tədbirlər həyata keçirilib, Naxçıvan sakinlərinin adına 5 milyon 497 min ABŞ dolları məbləğində pul köçürülüb və banklar vasitəsilə ödənilib.

Son xəbərlər

Orphus sistemi