Mərkəzi Bank ​Formula 1 üzrə Avropa Qran-pri yarışlarına görə iş qrafikini dəyişib

Mərkəzi Bank ​Formula 1 üzrə Avropa Qran-pri yarışlarına görə iş qrafikini dəyişib Həmçinin, Bakı şəhərinin otellərinə xüsusi broşürlər paylanıb
Maliyyə
10 İyun , 2016 19:58
Mərkəzi Bank ​Formula 1 üzrə Avropa Qran-pri yarışlarına görə iş qrafikini dəyişib

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) iş qrafiki uzadılıb və qeyri-iş günləri də daxil olmaqla banklara intensiv nağd pul xidmətlərinin göstərilməsi nəzərdə tutulub. 

Bu barədə “Report”a AMB-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, iş qrafikinin uzadılması Bakı şəhərində Formula 1 üzrə Avropa Qran-pri yarışlarının keçirilməsi ilə əlaqədar ölkəyə gələcək çoxsaylı xarici qonaqların və turistlərin milli və xarici valyutaya ehtiyaclarının kommersiya bankları tərəfindən effektiv ödənilməsi üçündür.

Eyni zamanda, xarici qonaq və turistlərin milli pul nişanlarının dizaynı və mühafizə elementlərinə dair məlumatlarla maarifləndirilməsi məqsədilə Bakı şəhərinin otellərinə xüsusi broşürlər paylanıb. 

Son xəbərlər

Orphus sistemi