Azərbaycan Mərkəzi Bankı depozit hərracında 50 mln. manat cəlb edib

Azərbaycan Mərkəzi Bankı depozit hərracında 50 mln. manat cəlb edib Mərkəzi Bankın depozit hərraclarına maraq artıb
Maliyyə
25 İyul , 2016 17:08
Azərbaycan Mərkəzi Bankı depozit hərracında 50 mln. manat cəlb edib

Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti manatla depozit hərracında tələb 50 mln. manat təşkil edib.

"Report"un AMB-yə istinadən verdiyi xəbərə görə, hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 6,99% olub.

AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 100 mln. manat həcmində iyulun 18-də keçirilmiş son depozit hərracında tələb 37 mln. manat təşkil edib və nəticədə bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 6,98% olub.

İyulun 11-də keçirilən hərracda isə 50 mln. manat təklif qarşılığında tələb 45 mln. manat olub. Hərrac nəticəsində bağlanılan depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi illik 5,99% təşkil edib.

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində iyulun 4-də keçirilən hərracda tələb 98,5 mln. manat, ortaölçülmüş faiz dərəcəsi illik 5,96% olub.

İyunun 13-də keçirilən ilk analoji hərracın nəticələrinə görə, cəlb edilən depozitlərin həcmi 129 mln. manat, ortaölçülmüş faiz dərəcəsi illik 6,49% təşkil edib. 

Ümumilikdə, 150 mln. manatın cəlb edilməsi planlaşdırılırdı, faiz dərəcəsinin isə 4,01-6,99% arasında olacağı gözlənilirdi. Lakin faktiki olaraq AMB bunun 86%-i həcmində resurs cəlb edib.

"Depozit əməliyyatları pul bazarının inkişafını və beləliklə, pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşməsinin təşviqinə yönəlib", - deyə Mərkəzi Bankdan bildirilib.

Qeyd edək ki, depozit hərracının müddəti 1 aydır.

Son xəbərlər

Orphus sistemi