​"Meqa Sığorta"nın yığımları 22% artıb

​"Meqa Sığorta"nın yığımları 22% artıb Hesabat dövründə şirkətin ödənişləri də artıb
Maliyyə
26 İyul , 2016 11:10
​Meqa Sığortanın yığımları 22% artıb

Bakı. 26 iyul. REPORT.AZ/ Bu ilin ilk yarısında "Meqa Sığorta" ASC-nin yığımları 13 797 913 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,73% çoxdur.

Hesabat dövründə "Meqa Sığorta"nın ödənişləri də artıb. Belə ki, Şirkət 6 ay ərzində 1 333 006 manat ödəniş edib və bu, illik müqayisədə 26,52% çoxdur.

Cari ilin yanvar-iyun aylarında "Meqa Sığorta" topladığı hər 100 manat sığorta haqqının 9,66 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin ilk yarısında 9,3% olub.

Xatırladaq ki, "Meqa Sığorta" 1998-ci ildən fəaliyyət göstərən "BE&G" sığorta şirkətinin bazasında 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,5 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 5 000 manat olan 2 900 səhm əsasında formalaşıb.

Şirkətin səhmlərinin 19%-i Rauf Zeynal oğlu Əliyevə, 19%-i Zeynal Hacıməmməd oğlu Əliyevə, 19%-i Nəzakət Zakir qızı İsmayılovaya, 19%-i Zaur Zakir oğlu Quliyevə, 15%-i Yaşar Feyzi oğlu Qurbanova (Müşahidə Şurasının sədri, "Rabitəbank" ASC-nin 11,34%-lik səhmdarı), 9%-i isə Əli Eldar oğlu İsmayılova məxsusdur.

Son xəbərlər

Orphus sistemi